2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

London: Rusiyanın Ukraynadan taxıl oğurlaması iddiaları araşdırılsın

Britaniyanın kənd təsərrüfatı naziri iyunun 7-də deyib ki, Rusiyanın Ukraynadan taxıl oğurlamaqda olduğuna dair iddialar araşdırılmalıdır

Saytların yığılması Saytlarin yigilmasi

Britaniyanın kənd təsərrüfatı naziri iyunun 7-də deyib ki, Rusiyanın Ukraynadan taxıl oğurlamaqda olduğuna dair iddialar araşdırılmalıdır.

Dünyanın dördüncü böyük taxıl ixracatçısı olan Ukraynanın Qara dəniz portları Rusiyanın bu ölkəyə əsassız və səbəbsiz hücumu başlanandan bəri bloklanıb və 20 milyon tonadək taxıl anbarlarda və gəmilərdə qalıb.

Nazir Viktoriya Prentis Londonda keçirilən Beynəlxalq Taxıl Şurasının iclasında deyib ki, Rusiyanın Ukraynanın cənubundakı Xerson regionundan taxıl oğurlamasına dair iddialar var və bu, ən ciddi bir şəkildə araşdırılmalıdır.

Reuters yazır ki, Rusiya bundan əvvəl Ukraynadan taxıl oğurladığına dair ittiham və iddiaları rədd edib.

Hazırda BMT Ukrayna taxılının gəmilərlə Odessa limanından daşınması üçün danışıqlar aparır.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, o Ukrayna taxılının limanlardan təhlükəsiz çıxışına zəmanət verə bilər, lakin bunun üçün Moskva üzərindəki sanksiyalar qaldırılmalıdır.

Qərb Putinin bu bəyanatını “dünyanın ərzaqla şantajı” adlandırıb.

Türkiyə də taxılın Qara dənizlə ixracı üçün Moskva və Kiyevlə danışıqlar aparır.

Moskva bildirir ki, taxılın limanlardan çıxışı üçün Ukrayna Odessa sahilindəki farvateri minalardan təmizləməlidir.

Kiyev isə deyir ki, bu, Odessanı Rusiyanın dənizdən hücumu qarşısında müdafiəsiz qoya bilər.

Ukrayna ötən həftə bildirmişdi ki, Rusiya oğurlanmış taxılı gəmilərlə Krımdan Türkiyəyə daşıyır.

Ukrayna iqtisadiyyat nazirinin müavini Taras Kaçka Londonda keçirilən konfransda deyib ki, oğurluq taxılın satışa çıxarılması Rusiya şirkətlərinin hələ uzun müddət reputasiyasına zərbə olacaq.

Oğurluq taxılın Türkiyə və Suriyaya daşındığı deyilir

Bu arada ABŞ-ın ABC News telekanalı bildirir ki, bu məsələ ilə bağlı ABŞ Dövlət Departamenti də çıxış edib.

Departamentin sözçüsü Ned Prays ABC News-a deyib ki, Ukrayna sahillərindən taxılla dolu Rusiya gəmilərinin çıxması müşahidə edilib.

Ukraynanın Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə Rusiya, dəyəri 100 milyon dollar olan 400-500 min ton Ukrayna taxılını ələ keçirib.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, Ukrayna tərəfində bununla bağlı sənədli sübutlar var.

The New York Times yazır ki, Moskva bir tərəfdən oğurluq taxılı satışa çıxarır, digər tərəfdən isə ona qarşı sanksiyaları pozur.

Ukrayna bundan əvvəl Rusiyanı oğurluq taxılın Türkiyə və Suriyadakı müştərilərə satıldığını bildirib.

24 saat” “
London: Rusiyanın Ukraynadan taxıl oğurlaması iddiaları araşdırılsın
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button