2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Londonda 24 mərtəbəli bina yanıb

50 nəfər xəstəxanaya yerləşdirilib, ölənlər haqda məlumat var

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 14-də Böyük Britaniya vaxtilə saat 00:54-də paytaxt Londonun qərbində 24 mərtəbəli, 120 mənzilli yaşayış binası yanıb.  Yanğın günorta saatlarına qədər davam edib.

London Ambulans xidməti 50 şəxsin xəstəxanalara yerləşdirildiyini bildirib.

BBC-nin məlumatına görə, bütün bina alovun içindədir və binanın aşmaq təhlükəsi barədə qorxular var.

BBC-nin müxbiri Simon Lederman xeyli insanın itkin düşdüyünü deyib. O, yanğınsöndürənlərin yuxarı mərtəbələrdəki alovu söndürə bilmədiklərini söyləyib: “Yanan bina “kilometrlərlə məsafədən” görünür və bina onuncu mərtəbədən başlayaraq “nəzarətdən kənar yanır”.

London Yanğın komissarı Dany Cotton “bir neçə ölümün” baş verdiyini, lakin “binanın ölçüsü və mürəkkəbliyi” səbəbindən dəqiq rəqəm verə bilmədiyini vurğulayıb.

Paytaxt metrosu bəzi xətlərin dayandırıldığı haqda məlumat yayıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button