2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Londonda İran hökumətinə qarşı tribunal işə başlayıb

Londonda İran hökumətinə qarşı tribunal 2019-cu il antihökümət etirazları üzrə şahidlərin, fəalların və başqalarının ifadə verməsi ilə işə başlayıb.

İran boyunca onlarca şəhəri əhatə edən həmin xalq etirazlarının yatırılması zamanı 300-dən çox insanın həlak olduğu düşünülür.

Beynəlxalq xalq tribunalı noyabrın 14-dək davam edəcək. Bu məhkəmədə hakimlər palatası 2019-cu il etirazlarının yatırılması zamanı Tehran rejiminin “insanlığa qarşı cinayət” törədib-törətmədiyinə dair qərar çıxaracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Tribunalda 160-dək şahid ifadəsinin dinlənməsi nəzərdə tutulur.

Dinləmələrin yekunu barədə hesabat gələn il dərc olunacaq.

Hüquqi gücü olmayan bu tribunal üç insan haqları qrupu tərəfindən təşkil olunub. Bunlar Londonda mənzillənmiş İran üçün Ədalət, Osloda mənzillənmiş İran İnsan Haqları və Parisdə mənzillənmiş Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatlarıdır.

İranda 2019-cu ildə yanacaq qiymətlərinin xəbərdarlıqsız qaldırılmasına görə başlanmış etiraz tezliklə İranın 100-dən çox şəhərini bürümüş və bu etirazlar tədricən ali rəhbər ayətüllah Əli Xameneyi də daxil bütün İran hökumətinə qarşı yönəlmişdi.

Tribunaldan məqsəd

İran hökuməti etirazların yatırılması üçün aşırı zordan istifadə etmiş, yüzlərlə etirazçı və dinc sakin xəsarət almışdı.

Həmin vaxt İran hökuməti etiraz səslərini susdurmaq və zorakılıqlar barədə informasiyaların qaşısını almaq məqsədilə bütün ölkədə interneti demək olar tamamilə qapatmışdı.

Tribunalın ilk günündə 27 yaşlı oğlunu bu etirazlar zamanı itirimiş Nahid Şirpişe danışıb və oğlu üçün haqq-ədalət tələb edib.

Amnesty International insan haqları təşkilatı bildirib ki, bu tribunal “cəzasılığa qarşı çox güclü təşəbbüsdür”.

Təşkilat noyabrın 11-də verdiyi bəyanatda bildirir ki, məqsəd bu zorakılıqların unudulmasına və arxa plana keçməsinə yol verməməkdir:

“Ən əsası odur ki, bu tribunal BMT üzvlərini hazırkı sessiyada və Baş Assambleyanın gələn yığıncağında hərəkətə qaldırmalı və bu zorakılıqlar üçün məsuliyyət tələb olunmasına yol açmalıdır”.

İran rəsmiləri həmin etirazlar zamanı ölənlərin sayı barədə heç bir məlumat vermirlər.

Yalnız bir dəfə, 2020-ci ilin mayında ovaxtkı daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli dövlət televiziyasına hadisələr zamanı 200-dək insanın öldüyünü bildirmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button