2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Londonda metro işçiləri tətil edir

İyulda Böyük Britaniyada inflyasiya 10.1 faizə çatıb

Saytların yığılması Saytlarin yigilmasi

Avqustun 19-da Londonda metro nəqliyyatı sisteminin işində fasilə yaranıb. Buna iş yerləri, maaş və təqaüdlərlə bağlı tətil səbəb olub.

Nəqliyyat sisteminin sözçüsü sərnişinlərə metrodan istifadə etməməyi məsləhət görüb.

Bu tətil dəmiryolu işçilərinin ümummilli tətilindən bir gün sonra keçirilir. Dünən – avqustun 18-də sərnişin qatarlarının 80 faizə yaxını işini dayandırıb. Dəmiryolçular növbəti tətili avqustun 20-nə planlaşdırıb.

Britaniyada özəl və dövlət sektoru işçiləri ərzaq və enerjinin bahalanması fonunda maaşlarının artırılması tələbiylə yay boyu kampaniya aparırlar.

Bu ayın sonuna post işçiləri, vəkillər, telekommunikasiya və liman işçiləri tətillər keçirəcəklərini bildiriblər. Edinburqda təmizlik işçiləri avqustun 18-də 11 günlük tətil elan ediblər. Elə həmin gün turistlər şəhərə Edinburq “Frinc” incəsənət festivalına gəlməyə başlayıblar.

İyulda Böyük Britaniyada inflyasiya 10.1 faizə çatıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button