2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Londonda səfirliyə edilən hücumla bağlı Azərbaycanda cinayət işi açılıb

Yayımlandı: 6 Avqust 2022 12:43

Baş Prokurorluq istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə aparılması üçün müraciət edib

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücumla bağlı Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycanın Dövlət bayrağı və ya Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrilə cinayət işi başlanıb. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Baş prokuror Kamran Əliyev bu cinayət işi üzrə istintaq araşdırmalarını Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edib.

Bu cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət olunub.

Hadisə avqustun 4-də yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında baş verib.

Foto: Azərtac

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup radikal dəstə beynəlxalq münasibətləri gərginləşdirmək məqsədilə səfirliyin inzibati binasına hücum edərək, oradakı əmlakı qəsdən zədələyib. Binanın eyvanına qalxaraq, Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər edib. Daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazıblar.

“Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla, təqsirkarların dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür”, – Baş Prokurorluqdan bildirilib.

Hadisədən sonra 8 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button