Londonlu aktivistlər Qorbaçov Fondunun məxfi sənədlərini tapıb - 24 saat xəbərlər
Now Reading:
Londonlu aktivistlər Qorbaçov Fondunun məxfi sənədlərini tapıb
Full Article 50 second read

Londonlu aktivistlər Qorbaçov Fondunun məxfi sənədlərini tapıb

Londonda Bukinqem sarayı ilə üzbəüz malikanəyə özbaşına yerləşmiş  aktivistlər binada SSRİ-nin birinci prezidenti  Mixail Qorbaçovun əsasını qoyduğu Qorbaçov Fonduna aid  sənədlər aşkarlayıblar.Bu barədə Guardian məlumat yayıb.
7 mərtəbəli bina Bəhreynli bankir Əbdülrəhman  Əl-Casmiyə məxsusdur. 14 milyon funt sterlinq dəyərində olan malikanə  «Anarxist libertarian muxtar  milləti» adı ilə tanına qrup tərəfindən tutulub. Qeyd edək ki, bu təşkilat evsizlik problemini qabartmaq üçün, «lüks» sinfindən olan  boş binalara girmələri ilə məşhurdur.
Bu bina əvvəllər  İctimaiyyətlə əlaqəlar  Beynəlxalq Asossiasiyasının ofisi olub. Təşkilatın  müştərilərindən biri də sovet siyasətçisi imiş
Nəşrin məlumatına görə, skvotterlər (aksiya məqsədi ilə icazəsiz başqasının boş evinə girənlər) müəssisədə  Qorbaçov Fondun sənədlərini aşkarlayıblar. Onların arasında Qorbaçovun özünün imzaladığı məxfi sənədlər də olub.
Arxivdəkim məktublar  fondun irəli sürdüyü  təşəbbüslərə sponsorluq etmək üçün  müraciətlərdir. Lakin  Shell, British Airways, HSBC, BT və Virgin Hotels maliyyə yardımından imtina edirlər.
Cümə günü məhkəmə  aktivistoərin binadan çıxarılması üçün order verib.

 

FaktXeber.com

Input your search keywords and press Enter.