2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Lovğalığı ixrac edə bilsəydik…

Və yaxud idxaldan aslı olan ixrac

Hakimiyyət 2017-ci ilin birinci üç ay ərzində kənd təsərrüfatı məhsullarının ixracının 44 faiz artdığını iddia edir və bunu böyük nailiyyət kimi cəmiyyətə sırımaq istəyir. Bu “nailiyyət”ə aydınlıq gətirmək istərdim. Bildiyiniz kimi ixrac məhsulları sırasında əsas ərzaq mallarından meyvə-tərəvəz, çay, şəkər, bitki və heyvan mənşəli piylər və yağlar yer alıb. Qeyd etməliyəm ki, adı sadalanan mallar üzrə həm də idxal həyata keçirilir. Bu ilin birinci rübündə ölkəyə idxal olunan məhsulların əsas hissəsi daxili təlabatın ödənilməsinə yönəlmiş, bir hissəsi isə ixrac edilmişdir.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, bu ilin birinci üç ayında ölkəyə 100,5 min ton meyvə-tərəvəz idxal olunub, bunun 45 min tonu daxili istehlaka yonəlib, 55,5 min tonu isə ixrac edilib. Həmçinin üç ay ərzində 2, 6 min ton çay idxal olunub, bunun 70 faizi daxili təlabatı ödəyib, 0,4 min tonu isə ixrac edilib. Eyni dövürdə 31, 3 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub, bunun 28,3 min tonu daxili istehlaka yönəlib, 3 min tonu isə ixrac edilib. Şəkər idxalı 81,6 min ton təşkil etmişdir, bunun 68,1 min tonu daxili təlabatın tam ödənilməsini təmin edib, 13, 4 min tonu isə ixrac olunub.

Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, 2017-ci ilin birinci üç ay ərzində yeyinti məhsulları idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artıb. Belə ki, ət idxalı 2,3 dəfə, kəsim üçün ölkəyə idxal olunan heyvanların sayı 66,4 faiz, süd 81%, kərə yağı 25%, Şəkər 94% və sair artıb

Bu ondan xəbər verir ki, ölkədə bütün mal qrupları üzrə istehsal ciddi olaraq azalıb. Bu səbəbdən də idxaldan ciddi asılılıq yaranıb, hətta ixrac məhsulları da idxal mallarından aslı qalıb.

 

Yazı iqtisadçı-ekspert Vahid Məhərrəmovun feysbuk səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button