2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Luca Volonte-nin hakim önünə çıxarılacağı gözlənir

Yaxın günlərdə İtaliyada çirkli pulların yuyulması işi üzrə məhkəmə dinləməsinin başlanacağı bildirilir.

“Turan” Agentliyinin xəbərinə görə, bu prosesin əsas fiquru Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının keçmiş rəhbəri Luca Volontedir.

Saytların yığılması Saytlarin yigilmasi

O, Azərbaycan hakimiyyətinə yaxın simalardan 2,39 milyon avro almaqda ittiham edilir.

Cinayət işi materiallarına görə, siyasətçinin gözlənilmədən sərvət əldə etməsi Milan prokurorluğunun diqqətini cəlb edib. Ötən il istintaq başlayıb. Araşdırma zamanı mürəkkəb şübhəli bank əməliyyatları sxemi aşkar olunub. Bu əməliyyatlar nəticəsində deputatın hesablarına müntəzəm olaraq böyük məbləğdə pul köçürüldüyü bildirilir.

Maliyyənin böyük hissəsinin Britaniyanın “Hilux Services LLP” və Estoniya bankında Azərbaycanın “Baktelekom MMC” səhmdar şirkətinin adına olan hesablardan köçürüldüyü iddia olunur. Azərbaycanda qeydiyyatda olan bu şirkətin ölkənin birinci ailəsi ilə sıx əlaqəsi olan biznesmenə məxsus olduğu bildirilir.

L.Volonte 2010-cu ilin yanvarından 2013-cü ilin iyununa qədər AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının rəhbəri olub. Həmin dövr ərzində o, Azərbaycana da gəlib.

İddialara görə, “Bakıda və Strasburqda görüşlər, müşavirələr zamanı Volonte pul əvəzində Azərbaycanın siyasi elitasının maraqlarını təmsil etməyi, xarici dövlətin mövqeyinə dəstək göstərməyi vəd edib”

İddialara görə, həmçinin onun fəal səyləri nəticəsində 2013-cü ilin yanvarında Avropa Şurası Azərbaycan üzrə siyasi ittihamlarla həbsxanalarda olan 85 nəfərin vəziyyətini əks etdirən qətnamənin əleyhinə səs verib.

L.Volontenin müdafiə tərəfi bu ittihamları qəti şəkildə təkzib edərək, onları əsassız adlandırır.

L.Volonte ilə bağlı iddialar AŞPA-nın son sessiyası ərəfəsində gündəmə gəlmişdi. Bir çox beynəlxalq QHT-lər və yerli vətəndaş cəmiyyəti təmsilçiləri AŞPA-nı Azərbaycan nümayəndə heyətinin bəzi qurum üzvlərini rüşvətlə öz tərəflərinə çəkmələri haqqında iddialara qiymət verməyə çağırmışdılar.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri isə onlarla bağlı iddiaları qəbul etmirlər.

Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosu-na demişdi ki, istintaq başa çatmadan və məhkəmədə təsdiqlənməyənə qədər belə iddiaları səsləndirmək düzgün deyil.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button