2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Lukaşenkanın ‘qırmızı xətt’ xəbərdarlığı


Belarus Mərkəzi Seçki Komissiyasının prezident seçkilərində qalib elan etdiyi  Aleksandr Lukaşenka etirazçıların – “bir çox istiqamətdən” qırmızı xətlərin üstündən keçdiyini bəyan edib. 

“Biz buna dözdük. Dərhal işarə etdim: Qırmızı xətlər var. Allah eləməsin kiminsə onu keçsin”. 

Bu dövlət xəbər agentliyi “Belta”nın Lukaşenkadan gətirdiyi sitatlardır. O, bu açıqlamaları  Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşdə səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Lukaşenka, həm də deyib ki, “bu gündən etibarən, xüsusilə mənzillərdə gizlənən vətəndaşları  heç kimi əsir götürmür” .   “Kimsə bir hərbçiyə toxunarsa, o, ən azından əl dəyməmiş oranı tərk etməlidir” deyən Lukaşenka geri çəkilmək üçün heç bir yer olmadığını və geri çəkilməyə hazırlaşmadığını vurğulayıb.

Bu həftənin əvvəlində Lukaşenka “qırmızı xətt” lərdən və səlahiyyətlilərin cavab verməli olduğu məsələlərdən danışıb, ölkənin “terror təhdidləri” ilə qarşılaşmağa başladığını vurğulayıb. O, bu məsələnin tez bir zamanda qarşısının alınmasının vacib olduğunu deyib. 

Xatırlatma

Belarusda kütləvi etirazlar 9 avqust prezident seçkilərindən sonra başlayıb. Bu seçiklərdən sonra rəsmi Belarus Lukaşenkanu seçkinin qalibi elan edib. Etirazçılar isə hesab edirlər ki, müxalif namizəd Svetlana Tixanovskaya qalib gəlsə də  seçkinin nəticələri Lukaşenkanın xeyrinə  saxtalaşdırılıb. 

Hələ də davam edən etirazlarda indiyə qədər ən azı 4 nəfər həlak olub, 46 nəfər itkin düşmüş hesab edilir. Mitinqlərin dağıdılması zamanı isə minlərlə adamın saxlandığı bildirilir. 

 

 

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button