2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Lukaşenko: “Belarus Ukraynadakı müharibəyə sürüklənir”

Yayımlandı: 3 İyul 2022 23:36

Prezident ölkəsinə raket atıldığını iddia edib

Belarus Prezidenti Aleksandr Lukaşenko iddia edir ki, Ukraynadan Belarusa raket atılıb.
O bildirib ki, bununla Minski Ukraynadakı müharibəyə sürükləmək istəyirlər:

Saytların yığılması Saytlarin yigilmasi

“Onlar Rusiya və Belarusla eyni anda məşğul olmaq istəyirlər”.

Aleksandr Lukaşenko bu iddiasını hər hansı fakt və ya sübutla əsaslandırmayıb. O, hadisənin bir neçə gen öncə olduğunu deyib.

Belarusun dövlət xəbər agentliyi BELTA Lukaşenkonun bu barədəki açıqlamasını yayımlayıb. Həmin açıqlamada bildirilir ki, Ukrayna ərazisindən Belarusdakı hərbi obyektlərə zərbələr endirməyə cəhd edilib:

“Ukrayna silahlı qüvvələrinin atdığı bütün raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”.

Lukaşenkonun iddiasına görə, Minsk Ukraynada müharibəyə sürüklənir. Prezidentin fikrincə, Belarus Ukrayna ilə döyüşmək niyyətində deyil, lakin hücum olacağı təqdirdə buna gedəcək:

“NATO və Avropa İttifaqı Rusiya və Belarusa qarşı yeni təxribatlarda maraqlıdır”.

Ukrayna tərəfdən Lukaşenkonun bu iddialarına şərh verilməyib. CNN telekanalı bu barədə Ukrayna Müdafiə Nazirliyinə sorğu göndərib. Hələlik, cavab ala bilməyib.

Belarus Ukraynadakı müharibənin birbaşa iştirakçısı olmasa da, Rusiyanın bir nömrəli müttəfiqidir. İddia edilir ki, müharibədə Rusiyaya maddi-texniki dəstək verir. Həmçinin Rusiya qoşunlarının bir hissəsi Ukraynaya Belarus sərhədindən keçməklə daxil olub.

Odur ki, Qərb ölkələri Rusiya ilə yanaşı Belarusa qarşı da bir neçə ciddi maliyyə sanksiyaları paketi tətbiq edib.

ABŞ, Aİ ölkələri və bir sıra digər ölkələr 2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşenkonu legitim seçilmiş dövlət başçısı kimi tanımayıb.

Səsvermənin rəsmi nəticələrinə qarşı başlayan kütləvi etirazların yatırılması ilə əlaqədar ona və ətrafına qarşı sanksiyalar tətbiq edilib. Lukaşenko rejimi insan haqlarını kobud şəkildə pozmaqda və müxalifəti təqib etməkdə ittiham olunur.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkəsindən didərgin düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button