2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Lukashenka Rusiya və Polşanı ‘seçki müdaxiləsində’ ittiham edir


Belarus prezidenti Alyaksandr Lukashenka Rusiya və Polşanı ölkədə qarşıdan gələn prezident seçkisinə “qarışmaqda” ittiham edib.

Lukashenka eyni zamanda özünün potensial seçki rəqiblərinə və müstəqil media üzərinə hücumlarını da davam etdirir.

Şərhçilərin fikrincə, avqustun 9-da keçiriləcək prezident seçkisi artıq 6-cı müddətə prezident seçilmək istəyən Lukashenka üçün ən ağır sınaq olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

O iyunun 25-də Telegramda yazdığı postda fəalları – onu və ailəsini gözdən salmaq məqsədilə “saxta xəbərlər” yaymaqda ittiham edib:

“Aydındır ki, onların arxasında kukla oynadanlar var. Onlar bizim hər iki tərəfimizdədir. Onlar Polşada oturublar, Rusiyadan da üstümüzə çirkab atırlar…Onlar ən müasir saxtalaşadırma texnologiyalarından istifadə edirlər. Bizim seçkimizə, daxili işlərimizə qarışırlar”.

Kreml verdiyi bəyanatda Belarusu “müttəfiq” adlandırsa da, Lukashenka-nın iddialarını təkzib edib.

65 yaşlı Lukashenka iyunun 18-də özünün potensial baxımdan ən güclü rəqibi Viktar Babaryka-nı həbs etdirdikdən sonra güclü tənqid dalğası ilə üzləşib.

Eyni zamanda azı 14 jurnalist saxlanıb, onlardan üçünə qarşı etirazlardan reportaj verdiklərinə görə ittihamlar irəli sürülüb.

 

“Bloggerlik cinayət deyil”

İyunun 25-də tanınmış internet reportyoru Ihar Losik saxlanıb. Onun Minskdəki mənzilində axtarış aparılıb.

Losik eyni zamanda AzadlıqRadiosunun məsləhətçisi, ”Belarus Of Encephalon” adlı Telegram kanalının administratorudur. Bu kanalın 167 min abunəçisi var.

AzadlıqRadiosu prezidentinin əvəzi Daisy Sindelar müstəqil blogger, Belarus xidmətinin məsləhətçisi və AzadlıqRadiosu Vaclav Havel Jurnalizm məktəbinin keçmiş müdavimi Ihar Losikin saxlanmasını və onun evində axtarış aparılmasını qətiyyətlə pisləyən bəyanat verib:

“Bloggerlik cinayət deyil. Biz onun dərhal azad edilməsini, müsadirə olunmuş bütün material və avadanlığın dərhal qaytarılmasını tələb edirik. Biz Belarus rəsmilərini ölkə ictimaiyyətini qarşıdan gələn prezident seçkisi barədə məlumatlandırmaq üçün peşə vəzifəsini yerinə yetirənləin təqibini dayandırmağa çağırırıq”.

İnsan haqları təşkilatları və ABŞ Dövlət Departamenti 50-si paytaxt Minskdə olmaqla “həmrəylik zənciri” adlı etiraz qrupuna qoşulan onlarca fəalın ölkə boyunca məhkəmələrindən dərin narahatlıq ifadə ediblər.

Bu adamların əksəriyyəti “icazəsiz aksiyalarda iştirakda” və ya “polisin əmrlərinə tabe olmamaqda” ittiham olunurlar.

Bunların arasında 19-20 iyun etirazlarını işıqlandırmış jurnalistlər də var.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button