24saat.org Luksemburq ictimai nəqliyyatda gediş haqqını ləğv edir - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Luksemburq ictimai nəqliyyatda gediş haqqını ləğv edir

Luksemburq dünyada ictimai nəqliyyatı pulsuz edəcək ilk ölkə olacaq. Gələn yaydan qatarlarda, tramvaylarda, avtobuslarda gediş haqqı ləğv olunacaq. “The Guardian” qəzeti yazır ki, bu, Xavier Bettel-in başçılıq etdiyi koalisiya hökumətinin planlarına daxildir. Bettel dünən – dekabrın 5-də ikinci müddətə baş nazir kimi and içib.

Onun Demokratik partiyası sol qanad Sosialist Fəhlələri partiyası və Yaşıllarla birlikdə hökumət quracaq. Baş nazir seçki kampaniyası zamanı ətraf mühitə prioritet verəcəyini deyirdi.

Nəqliyyat vədindən başqa, yeni hökumət marixuananı leqallaşdırmaq, daha iki yeni dövlət bayramı təsis etmək vədi verib.

ŞƏHƏRDƏ 110 MİN NƏFƏR YAŞAYIR, AMMA…

Hazırda Luksemburq şəhəri dünyada ən ağır nəqliyyat sıxlığı yaşayır.

Bu şəhərdə 110 min nəfər yaşayır, amma daha 400 min nəfər şəhərə işə gedib-gəlir. Bir araşdırmaya görə, 2016-cı ildə paytaxtdakı sürücülər tıxaclarda ortalama 33 saat keçiriblər.

Ümumilikdə ölkənin 600 min nəfər sakini var, amma Fransa, Belçika və Almaniyada yaşayan 200 minədək adam hər gün Luksemburqa işə gedib-gəlir.

Bu ölkə getdikcə nəqliyyata proqressiv yanaşma sərgiləyir. Bu yay hökumət uşaqlar və 20 yaşınadək gənclər üçün nəqliyyatı pulsuz elədi. Orta məktəb şagirdlərini təhsil ocağından evlərinə pulsuz avtobuslar aparıb gətirir. Ictimai nəqliyyatdan istifadə edənlər isə iki saatlıq gediş-gəliş üçün 2 avro ödəməli olurlar. Yəni cəmi sahəsi 2 min 590 kv km olan bu ölkədə iki saatı istənilən tərəfə gedib gəlmək olar.

2020-ci ilin əvvəlindən isə bütün biletlər ləğv olunacaq.

Amma bu siyasətə hələ hərtərəfli baxılmalıdır. Məsələn, qatarların birinci və ikinci sinif vaqonları barədə qərar verilməlidir.

Yeni hökumətin marixuanayla bağlı siyasəti isə daha çox müzakirə doğurub. Söhbət bu maddənin alışı, saxlanması və istifadəsini qanuniləşdirməkdən gedir.

24saat.org xəbəri AzadlıqRadiosuna istinadən təqdim edir

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.