Now Reading:
Lüksemburqda “Qarabağ”a qarşı erməni təxribatı VİDEO

Lüksemburqda “Qarabağ”a qarşı erməni təxribatı VİDEO

UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar pozulub. Matç 30-cu dəqiqədə müvəqqəti dayandırılıb. Buna dron vasitəsilə stadionun üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının qaldırılması səbəb olub.

“Qarabağ”ın azarkeşləri buna kəskin etirazlarını bildiriblər. Onlardan bir neçəsi Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyib və təhlükəsizlik əməkdaşları ilə qısa gərginlik yaşanıb.

Lüksemburqun idman naziri yaranmış vəziyyətə görə meydanda Azərbaycan tərəfdən üzr istəyib.

Müvəqqəti fasilədən sonra oyun bərpa olunub. “Qarabağ” 4-1 hesabı ilə qalib gəlib.

Input your search keywords and press Enter.