2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Lvovda aeroport yaxınlığına zərbələr endirilib

Yaponiya və Avstraliya martın 18-də Ukrayna işğalına cavab olaraq Rusiya vətəndaşları və təşkilatlarına sanksiyalar açıqlayıblar

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynanın qərbindəki Lvov şəhərinin meri martın 18-də aeroport yaxınlığındakı zavoda Rusiya raketləri düşdüyünü bildirir. Bu arada Yaponiya və Avstraliya Rusiya qurumlarına yeni sanksiyalar tətbiq edib. ABŞ Prezidenti Co Bayden isə çinli həmkarı Si Cinpinqlə danışmalıdır.

Lvovun meri Andrey Sadovıy təmir zavoduna bir neçə raket düşdüyünü, havada qatı tüstü yarandığını deyib.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko daha öncə deyirdi ki, səhər saatlarında Lvovda bir neçə partlayış törədilib. “Şəhər ətrafında yanğınlar baş verib”, – o, Telegram kanalında yazıb.

Sadovıy rəsmilərin aeroport ətrafında vəziyyəti aydınlaşdırmağa çalışdığını söyləyib.

Sanksiyalar

Yaponiya və Avstraliya martın 18-də Ukrayna işğalına cavab olaraq Rusiya vətəndaşları və təşkilatlarına sanksiyalar açıqlayıblar.

Yaponiya 15 rusiyalıya və 9 təşkilata sanksiya tətbiq edir. Onların sırasında müdafiə rəsmiləri və Rosoboronexport dövlət silah ixracı şirkəti var.

Sanksiyalara aktivlərin dondurulması da daxildir. Yaponiya daha öncə də Rusiyaya qarşı bəzi tədbirlər elan edib.

Avstraliya isə mədən sənayesinə bağlılığı olan iki milyarder – Oleq DeripaskaViktor Vekselberqə sanksiya tətbiq edib.

Xarici işlər naziri Maris Peyn deyib ki, Avstraliya Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxlara sanksiyaları gücləndirmək üçün beynəlxalq tərəfdaşlarla sıx işləyir.

İndiyədək 41 oliqarx və onların yaxın ailə üzvlərinə maliyyə sanksiyaları, səyahət qadağaları tətbiq olunub.

Bayden Si ilə danışmalıdır

Baydenin Si ilə telefon söhbəti Pekinin “Rusiyaya Ukraynada istifadə üçün birbaşa hərbi avadanlıq yardımını nəzərdən keçirməsi” sarıdan narahatlıq fonunda baş tutacaq. Dövlət katibi Entoni Blinkenin jurnalistlərə dediyinə görə, Bayden Siyə aydın şəkildə deyəcək ki, Pekin “Rusiyanın təcavüzünü dəstəkləyəcək istənilən addımlara görə məsuliyyət daşıyacaq”.

Martın 17-də Rusiya və Ukrayna arasında videoəlaqə vasitəsilə danışıqların dördüncü günündə də razılaşma əldə olunmayıb. Açıqlamanı Kreml yayıb.

BMT-nin Cenevrədəki İnsan haqları ofisi Ukraynada müharibənin 2032 dinc qurbanının qeydə aldığını bildirib. Onlardan 780 nəfəri öldürülüb, 1252 nəfər yaralanıb.

BMT 3.2 milyon dinc sakinin qonşu ölkələrə qaçdığını bildirir.

24 saat” “
Lvovda aeroport yaxınlığına zərbələr endirilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button