Now Reading:
Məcburi köçkün: ”Qorxdum ki, siçovul uşağı yeyəcək”


İbrahimovlar Ağdam rayonundan köçkün düşüb, Bakıya gələndən elə burada məskunlaşıblar – 186 saylı bağçada. Ümumilikdə bağçada 7 məcburi köçkün ailəsi var. Onlardan 3-ü İbrahimovlardır. Zərifə İbrahimova deyir ki, 2012-ci ilə qədər normal yaşayıblar. Bundan sonra bağçanın təmir olunacağı xəbəri ortaya çıxıb.

Təmirə başlanandan bağça bir az da yararsız vəziyyətə düşüb.

Üç ailə iki otaqda məskunlaşıb. Zərifə İbrahimovanın sözlərinə görə, elə bu səbəbdəndir ki, bir həftədən bir oğulları növbə ilə qaynana evinə qalmağa gedirlər.
Rəhman İbrahimov bildirir ki, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, Bakı şəhər İcra Hakimiyətinə bir neçə dəfə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə zəng etsək də, suallara cavab ala bilmədik.
Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, ötən il 12 min məcburi köçkünə ev verilib. Eyni zamanda bu il də azı 20 min köçkün evlə təmin olunacaq.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.