Loading...
Loading...
Siyasət

Mədəniyyət nazirinin keçmiş müavini 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı/17.08.21 Çərşənbə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramova hökm oxunub. Məhkəmə ona 8 il azadlıqdan məhrum etmə cəzası verib.

Məhkəmə həmçinin onun üzərinə həbs qoyulan əmlakının dövlətin xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.

Bayramov son sözündə özünü təqsirkar bilməyib. Həmçinin o vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamları da rədd edib. Bayramovun sözlərinə görə, onun sənədlərə imza atmaq səlahiyyəti olmayıb və o maddi məsul şəxs olmayıb. O həmçinin rüşvət ittihamını da qəbul etməyib.

Xatırladaq ki, Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi xidmətinin əməliyyatı nəticəsində saxlanılıblar.

Hər iki şəxsə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Sonradan Sultanova qarşı cinayət işi ayrı icraata ayrılıb. -06D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button