SEÇMƏ

Mədəniyyət Nazirliyi müsabiqə qaliblərinin pulunu ödəməyib

Yayımlandı: 4 Noyabr 2022 16:26

Son dəyişiklik: 4 Noyabr 2022 17:38

”Nazirlik heç bir rəsmi açıqlama da vermir”

2021-ci ilin sonlarında Mədəniyyət Nazirliyi 300 min manatdan ibarət “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsi elan etmişdi. 

2022-ci ilin martında müsabiqənin yekunları açıqlandı və yeddi layihənin qalib olduğu bildirildi. 

Qalib gələn müstəqil kino-studiyaları bunlar idi:

1. “Ata və oğullar” – “Buta Film” MMC;
2. “Əlvida, noyabr” – “Ultra Production”;
3. “Qıfıl” – “Nova Gorica” Kino Mərkəzi MMC;
4. “Mavi sviterli adam” – “Mandarin Agency” Co;
5. “Müqəddəs inək” – “Narimanfilm” MMC;
6. “Ölü Həsən” – “Ultra Production”

Müsabiqə səkkiz aydır ki, yekunlaşsa da, layihələrə ayrılan pullar hələ də sahiblərinə çatmayıb.
Kinorejissor Tahir Tahiroviçin (Əliyev) “Qıfıl” layihəsi müsabiqədə qalib olub.

Rejissor Meydan TV-yə açıqlamasında deyir ki, layihənin çəkilməsinə dəstək məqsədilə 45 min manat ayrılsa da, nazirlik hələ də həmin məbləğ verməyib:

“Biz gözləyirdik ki, sentyabrda müqavilələr bağlanar, işlər davam edər. Nazirlik heç bir rəsmi açıqlama da vermir. Hələ ki, gözləyirik”.

“Mandarin Agency”-dən Meydan TV-yə bildirilib ki, nazirlik şirkətin müsabiqəyə təqdim etdiyi “Mavi sviterli adam” layihəsinə 35 min manat ayırıb.

Lakin həmin məbləğ şirkətə təqdim olunmayıb.

“Narimanfilm” kinostudiyası məsələyə münasibət bildirməyib.

Qalib olan digər şirkətlər də Meydan TV-yə müsabiqə çərçivəsində vəd olunan 300 min manatdan onlara çatan hissəni almadıqlarını deyiblər.

Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin nəticələri, qalib layihələr və s. haqqında istər nazirliyin rəsmi internet saytında, istərsə də digər KİV-lərdə ətraflı məlumat verilib.

Meydan TV

Gözdən qaçırmayın:  Əlilliyi ləğv edilmiş şəxs: “TSEK təzə hiylələrə əl atıb”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button