2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Məhərrəm Talıbov da vəzifədən gedib

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məlumatı Azərbaycan Baş Prokurorluğundan “Turan” agentliyinə təsdiqləyiblər:

“Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.”

Məhərrəm Talıbovun özü ilə isə, hələlik, işdən getməsi ilə bağlı danışmaq mümkün olmayıb. O, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

Ötən həftə, dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası qəbul edilib. O 27 il idi ki, həmin vəzifədə çalışırdı.

Ali Məclis sədrinin səlahiyyətlərini hazırda MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov yerinə yetirir. Vasif Talıbov işdən getməsi ilə bağlı ərizəsini səhhəti ilə izah edib.

Dekabrın 22-də də dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb.

Onun digər sərəncamıyla Naxçıvanda Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Bu şəxs paytaxt Bakıdan göndərilən Fuad Vahid oğlu Nəcəfli olub. Naxçıvan Ali Məclisinin sədri vəzifəsi isə, hələlik, boşdur.

Bir neçə həftə əvvəl isə MR-da bəzi vəzifəli şəxslər mənimsəmə ittihamı ilə həbs edilib. Onların ittihama münasibəti bəlli deyil.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button