Now Reading:
Məhərrəmliyi Ramazandan, Kərbəlanı Məkkədən üstün tutan Hacı Şahin – VİDEO

İnsanların haqlarının pozulmasına susan ilahiyyatçı heyvanların müdafiəsinə qalxdı

 

İlahiyyatçı Hacı Şahinin Azərbaycanda insan haqlarının polzulmasına susduğu halda, itlərin müdafiəsi ilə bağlı aksiyaya qoşulması birmənalı qarşılanmayıb. 24saat.org xəbər verir ki, tanınmış jurnalist Aytən Məmmədova bu barədə status yazaraq, ilahiyyatçını tənqid edib:

“Məşhur ilahiyyatçı var, Hacı Şahin. Baxıram, manıs tayfası ilə birlikdə video-rolikdə o da var, küçə itlərinin müdafiəsinə çağırış edir, onlara əzab verməyin bu dünyada da, o biri dünyada da cəzasından danışır.
Ay adam, bəs sənin özünün cəzan necə olacaq? Bu ölkədə adamlara, uşaqlara sözün əsl mənasında zülm edirlər, çörəklə şərəf-ləyaqət imtahanına çəkirlər, günahsız insanları həbsxanalarda çürüdürlər… Sən isə bütün bunlara gözünü yumub, qulağını tıxamısan, bir kəlmə danışmırsan, küçə itlərinin müdafiəsinə qalxmısan. Din sənə bunumu deyir?

Jurnalistin statusu sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Aytən Məmmədovanın mövqeyini dəstəkləyənlər çox olsa da, Hacı Şahin tərəfdarları bu mövqeyinə görə jurnalisti təkcə tənqid deyil, hətta təhqir atəşinə tutublar.

Onlara cavab olaraq, Facebook isifadəçilərdən biri  rəy yerində Hacı Şahinin moizələrini paylaşaraq, onun dinə təriqət maraqlarından yanaşdığını yazıb.

Nəsimi İsayev adlı isifadəçinin “Bizi yaradan Allahın dediyi kimi 11 ayın sultanı Ramazan ayını başqa aydan Məhərrəm ayından aşağı tutan şahinin dedikləri” şərhi ilə paylaşdığı videonu təqdim edirik:

İsifadəçinin paylaşdığı digər videoda isə ilahiyyatçı Kərbəla ziyarətinin Kəbə – Həcc ziyarətindıən daha üstün olduğunu söyləyr. N.İsayev həmin videonu “Allahın kitabı Qurani Kərimdə imkanlı müsəlmana fərz (vacib) olan Məkkəyə həcc ziyarətini Kərbəla şəhərinə turist səfərindən aşağı tutan Şahin” rəyi ilə paylaşıb:

 

 

 

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.