Now Reading:
Məhkəmə AXCP fəalını azad etmədi

Aqil Məhərrəmli barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədi

AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmlinin ev dustaqlığına buraxılması barədə vəsatət Nəsimi Rayon Məhkəməsi tərəfimndən təmin edilməyib.
İclasda AXCP fəalının hüquqlarını vəkil Aqil Layıcov qoruyub. Onun çıxışından sonra A.Məhərrəmlinin bildirib ki, ittihamlar qondarma olduğu üçün özünü təqsirli bilməir.

Hakim Babək Pənahov vəsatətin təmin edilməməsi barədə qərar verib.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.
Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (ortalama 700 min manatdan) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi başlanıb.
AXCP rəhbərliyi ittihamı rədd edib və cinayət işinin siyasi sifariş olduğunu bəyan edib.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.