Loading...
Loading...
SEÇMƏ

Məhkəmə Ember Herdin şikayətini rədd edib

Yayımlandı: 14 İyul 2022 13:47

Aktrisa təzminatın məbləğinə etiraz edir

İyunun əvvəlində keçmiş əri, 59 yaşlı aktyor Conni Deppə məhkəmə çəkişməsində məğlub olan 36 yaşlı aktrisa Ember Herd çıxarılan qərarla razılaşmayıb.

Aktirsanın vəkilləri təkrar Virciniya məhkəməsinə müraciət edərək təzminatın ləğvinə cəhd ediblər.

Onların fikrincə, göstərilən məbləğ çox yüksəkdir.

Virciniya məhkəməsinin qərarına əsasən, Herd Deppə 10 milyon dollar təzminat ödəməlidir.

Herdin vəkilləri məhkəmə zamanı dindirilənlərin yalandan şahid qismində danışdıqlarını iddia ediblər.

Məhkəmə aktrisanın diffamasiya işi ilə bağlı yeni məhkəmə prosesinin keçirilməsi tələbini rədd edib.

İyunun 2-də amerikalı aktrisa Ember Herd və keçmiş əri, aktyor Conni Depp arasındakı diffamasiya iddiası (şərəf və ləyaqəti alçaldaraq təhqir etmək, uydurma xəbərləri kütləvi formada yaymaq) başa çatıb.

Həftələrdir davam edən məhkəmə Conni Depin xeyrinə yekunlaşıb.

Həftələrlə davam edən səs-küylü məhkəmə prosesi zamanı Ember Herd keçmiş əri Conni Deppi zorakılıq hallarında günahlandırsa da, bununla bağlı heç bir dəlil təqdim etməyib.

Məhkəmə yekunlaşandan bir neçə gün sonra Deppin vəkilləri açıqlama veriblər ki, aktyor keçmiş həyat yoldaşına təzminatı apelyasiya şikayəti etmədiyi təqdirdə bağışlaya bilər.

Aktyor Conni Depp və aktrisa Ember Herd 2015-ci ildə evləniblər, bir il sonra boşanıblar.

Boşanma zamanı Herd ərini məişət zorakılığında ittiham edib.

Aktyor ittihamları rədd edib, lakin qalmaqal onun karyerasına ciddi xələl yetirib.

2019-cu ildə Ember Herd, Conni Deppi “The Washington Post” qəzetindəki yazıda “məişət zorakılığını təmsil edən ictimai xadim” kimi xarakterizə edib.

Həmin materialdan sonra Depp Herdi məhkəməyə verərək, 50 milyon dollar təzminat tələb edib.

2020-ci ildə isə Herd əks hərəkətə keçərək Deppə qarşı 100 milyon dollarlıq təzminat iddiası qaldırıb.

Depp və Herd arasında məhkəmə çəkişməsi 2022-ci ilin aprelində başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Prokurorluq əsgərin intiharı versiyasını araşdırır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button