2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə jurnalisti ev dustaqlığına buraxmadı

”Ona qarşı qanunda nəzərdə tutulmamış ittiham irəli sürülüb”

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 15-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə jurnalist, “Kanal-13” internet televiziyasının icraçı deirektoru Əziz Orucovun barəsindəki həbsin ev dustaqlığı və girovla əvəz olunması barədə verilən vəsatətə baxılıb. 

Məlumatı vəkil Elçin Sadıqov yayıb. O, məhkəmənin vəsatəti təmin etmədiyini bildirib: 

“Qərardan narazıyıq, apelyasiya şikayəti verəcəyik. Əziz Orucovun barəsindəki cinayət işi tamamilə saxtadır və ona qarşı qanunda nəzərdə tutulmamış ittiham irəli sürülüb”.

Vəkil Cavad Cavadov məhkəmədə Əziz Orucovun da iştirak etdiyini və ittihamları əsassız saydığını söyləyib:

“O, ittihamların ümumiyyətlə ona aid olmadığını diqqətə çatdırdı. Buna baxmayaraq, məhkəmə bizim vəsatətimizi təmin etmədi. Daxili müdafiə vasitələri tükənəndən sonra biz Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəyik. Yenə də ümid edirik ki, istintaq yaxın vaxtlarda Əziz Orucovu həbsdən azad edəcək”. 

“Kanal-13”’-ün rəhbəri Əziz Orucov (Qaraşoğlu) haqda Cinayət Məcəlləsinin 192.2  (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb.

O, mayın 2-də 30 sutka həbs cəzası almışdı, iyunun 1-də azadlığa çıxmalı idi. Həmin gün Əziz Orucov ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Bir saat sonra o sərbəst buraxılıb. Əziz Orucov isə Nəsimi rayon Məhkəməsinə aparılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunur.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button