Məhkəmə jurnalistin hüquqlarının məhdudlaşdırılması ilə bağlı şikayətini təmin etməyib
Xətai Rayon Məhkəməsinin hakimi Rafael Sadıqov “Toplum” TV-nin jurnalisti, sentyabrın 10-da həbs olunan Müşviq Cabbarın iddiasını təmin etməyib. Belə ki, Cabbar yaxınlarına etibarnamə verməsinə icazə verilməməsindən şikayət edib. Bu barədə Turan-a vəkil Nazim Musayev bildirib.
Etibarnaməyə zərurət onunla əlaqədardır ki, Cabbar həbsdən əvvəl Cabbar hərracda avtomobil alıb. Avtomobil Azərbaycana gətirilənə qədər jurnalist həbs edilib. May ayından avtomobil gömrükdə saxlanılır və park haqqı hesablanır. Cabbar avtomobili gömrükdən keçirmək üçün yaxınlarına etibarnamə verməlidir. Lakin istintaq təcridxanasının rəhbərliyi müstəntiqin qadağasına istinad edərək bundan imtina edir.
Vəkilin sözlərinə görə, hakim xaricdən avtomobil gətirilməsinə dair sənədlərin olmamasına istinad edərək vəsatəti təmin etməyib. “Ancaq məsələ, ümumiyyətlə, cinayət işinə heç bir aidiyyatı olmayan avtomobildə deyil. İstintaq təcridxanasında saxlanılan şəxsin öz yaxınlarına etibarnamə vermək üçün qanuni hüquqları var”, – vəkil deyib.
* Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib.
Hüquq müdafiəçiləri bu iş üzrə keçənləri siyasi məhbuslar kimi tanıyıblar, beynəlxalq təşkilatlar onları azad etməyə çağırıblar.