2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə "Kanal 13" YouTube kanalının əməkdaşlarının həbs müddətini uzadıb

İyunun 25-də Bakının Səbail Rayon Məhkəməsi “Kanal 13” YouTube kanalının direktoru Əziz Orucovun və onun əməkdaşı Şamo Eminovun həbs müddətini daha 3 ay (sentyabrın 27-nə qədər) uzadıb. Bu barədə Turan-a vəkil Fəxrəddin Mehdiyev bildirib. 

Xatırladaq ki, Əziz Orucov və Şamo Eminov 2023-cü ilin noyabr-dekabr aylarında mütəşəkkil qrup tərəfindən valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunublar. 

Hər ikisi onlara qarşı irəli sürülmüş ittihamları təkzib edirlər, həbsin əsl səbəbinin jurnalist fəaliyyətləri olduğunu hesab edirlər. 

Saytların yığılması Saytlarin yigilmasi

“Sərhədsiz Reportyorlar”, “Amnesty İnternational”, “Avropa Jurnalistlər Federasiyası” və bir sıra digər yerli və beynəlxalq hüquq müdafiə təşkilatı, habelə Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, AŞPA məruzəçiləri Bakını müstəqil KİV-ə qarşı təzyiqlərə son qoymağa və həbs olunmuş jurnalistləri azad etməyə çağırıb.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button