SEÇMƏ

Məhkəmə sədri Mahmud Nəbiyev vəfat edib

Yayımlandı: 7 Dekabr 2022 11:44

Onun ürəktutmasından həyatını itirdiyi bildirilir

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dekabrın 7-də gecə saatlarında vəfat edib.

22 ildir məhkəmə sədri olan Mahmud Nəbiyevin gecə saat 04 radələrində qəfildən ürək tutmasından vəfat etdiyi bildirilir.

Mahmud Nəbiyev. Foto: “courts.gov.az”

70 yaşlı Mahmud Nəbiyev 2000-ci ildən məhkəmə sədri idi. Azərbaycanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 2000-ci ildə yaradılıb. O vaxtdan da Mahmud Nəbiyev bu məhkəmənin sədri olub.

2008-ci ildən ərazilər üzrə bölgü aparılıb, Bakı, Lənkəran, Gəncə, Şəki və Sumqayıt Ağır Cinayətlər Məhkəməsi adlandırılıb. Bundan sonra Mahmud Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri olub.

Meydan TV

Gözdən qaçırmayın:  Fransanın yeni səfiri artıq Bakıdadır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button