ÖLKƏ

Məhkəmə Tofiq Yaqublunu ev dustaqlığına keçirməkdən imtina edib

Bu gün Bakının Nizami rayon məhkəməsi Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu barəsində qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə vəkil Nemət Kərimli bildirib.

Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.  

Xatırladaq ki, aprelin 20-də Bakı Apellyasiya Məhkəməsi Yaqublunun həbsindən verilmiş şikayəti təmin etməyib.

  • Müsavat Partiyası sədrinin müavini və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib.

Həbs Azərbaycan prezidenti İlham Əliyevin müxalifətin ünvanına hədə dolu çıxışından bir neçə gün sonra baş verib. T.Yaqublunu 7 ilədək həbs təhlükəsi gözləyir.

Xatırladaq ki, T.Yaqublunun “cinayəti” ondan ibarətdir ki, onun park edilmiş avtomobilini başqa bir avtomobil vurub və həmin maşında olanlar T.Yaqubluya hücum ediblər, sonra isə T.Yaqublunun özünü günahlandırıblar.

Bir çox beynəlxalq təşkilatlar T.Yaqublunun həbsini pisləyərək hakimiyyəti dərhal onu azad etməyə çağırıblar.

Müxalifətçinin tərəfdarları əmindirlər ki, həbsin əsl səbəbi T.Yaqublunun hakimiyyətin siyasətini kəskin şəkildə tənqid etməsi və Facebook-dakı yazılarıdır.

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button