AZ24SAAT.ORG

Now Reading:
Məhkəmədən Trampa “Twitter” qadağası

ABŞ-da Manhetten federal məhkəməsi Donald Trampın öz “Twitter” hesabında ona qarşı neqativ şərhlər yazan istifadəçilərə blok qoymasını qadağan edib.

 

Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məhkəmə eyni zamanda Trampın üzərinə bundan əvvəl blokladığı istifadəçiləri “qara siyahıdan” çıxarması ilə bağlı öhdəlik qoyub.

Qərara əsasən Ağ Ev rəhbəri istifadəçiləri bloklamaqla ABŞ konstitusiyasının birinci düzəlişinin söz azadlığı barədə tələblərini pozmuş olub.

Trampın bu hərəkətindən məhkəməyə yeddi amerikalı şikayət edib.

ABŞ ədliyyə nazirliyi federal məhkəmənin çıxardığı qərarla razılaşmadığını bildirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.