Now Reading:
Məktəb yollarında donan “buzdan oğlan”ın hekayəsi minlərlə insanı kövrəltdi

8 yaşlı çinli uşaq evlərindən 5 km. məsafədə yerləşən məktəbə gəlib çatanda onun görüntüsü məktəb direktorunu şoka salmışdı.

Bizimyol.info xəbər verir ki, mənfi 9 dərəcə temperaturda tək başına məktəbə gəlib imtaha verməyə çalışan Yunyan vilayətinin sakini,8 yaşlı uşağın sosial şəbəkələrədə yayılan şəkilləri bütün dünyadan minlərlə insan tərəfdən maraqla qarşılandı və gündəmə çevrildi.

Bu qədər soyuq havada məktəbə gələn uşağıln əynində isti geyimi belə olmayıb. O sosial şəbəkələrdə”Buzdan oğlan” ləqəbi ilə məşhurlaşıb. Saçları, qaşları şaxtadan buz bağlayan məktəblinin əlləri çatlamış və don vurmuşdu.

O yaşadığı yoxsulluqdan qurtarmağın tək yolunun oxumaq olduğunu bildirib. Sosial şəbəkə istifadəçiləri məktəb direktoru Fu Xenin çağırışına cavab veriblər və “buzdan oğlanın” oxuduğu məktəbə 15 min dollar maddi yardım, 20 qızdırıcı, 114 dəst isti geyim göndəriblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.