24saat.org Məktəbdə BİABIRÇILIQ: Müəllimin şagirdi döydüyü anlar kamerada - VİDEO (TƏFƏRRÜAT) - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Məktəbdə BİABIRÇILIQ: Müəllimin şagirdi döydüyü anlar kamerada – VİDEO (TƏFƏRRÜAT)

Məktəbdə BİABIRÇILIQ: Müəllimin şagirdi döydüyü anlar kamerada – VİDEO (TƏFƏRRÜAT)

Astara rayonu Şiyəkəran kəndində Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə müəllimin şagirdi döyməsi ilə bağlı yayılan video görüntülərə direktor aydınlıq gətirib.

Məktəbin direktoru Teymur Heydərov Publika.az-a açıqlamasında müəllimin şagirdi döyməsindən xəbərdar olduqlarını deyib: “Dərs bitəndə Namiq Qəhrəmanov sinifdən çıxarkən şagirdlərdən biri onun arxasınca xoşagəlməz səs çıxarıb, “meymunluq” edib. Buna görə də müəllim əsəbiləşib belə bir addım atıb. Biz həmin gün müəllim və şagirdlərin valideynlərilə danışdıq. Hadisənin necə baş verməsini valideynə izah etdik. Müəssisə daxilində məsələni həll etdik. Bu davranışına görə müəllimə şiddətli töhmət verilib, növbəti yarımildən həmin sinifdə dərs keçməsinə qadağa qoyulub. O, bütün kollektiv tərəfindən qınaq obyektinə çevrilib, müəllim özü də səhvini başa düşüb. Müəllimin cəzalandırılması barədə yerli təhsil şöbəsinə də məlumat verilib”.

Direktor indi onları narahat edən əsas məsələnin bu videonun sosial şəbəkədə yayılması olduğunu bildirib: “Hadisə olub, biz tərəfdən lazımı addımlar atılıb. Psixoloq, Uşaq Birliyi, məktəbin təşkilatçısına şagirdlərlə düzgün işləməmələri barədə xəbərdarlıq edilib. Bunun videoçəkilişindən xəbərimiz olmayıb. Bu görüntülərin kim tərəfindən lentə alındığını, sosial şəbəkədə necə yayıldığını araşdırırıq”.

 

Azərbaycanda məktəbdə müəllimin şagirdi döydüyü anlar kameraya düşüb.

BAKU.WS-in məlumatına görə, video Lənkəran rayonu Şiyəkəran kəndində Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə çəkilib.

Şagirdlərin bildirdiyinə görə, şagirdi döyən şəxs Namiq Qəhrəmanov adlı müəllimdir.

Müəllimin 9-cu sinif şagirdini döyməsinə səbəb isə dərsdə nizam intizamı pozmasıdır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.