Now Reading:
Məleykə Abbaszadə qəbul imtahanlarından danışdı

Məleykə Abbaszadə qəbul imtahanlarından danışdı

“Qəbul qaydaları hələ yanvar ayında çap olunub və o qaydalara da uyğun olaraq imtahanlar aparılacaq”.

ANS TV-nin məlumatına görə, bu sözləri dövlət imtahan mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə bildirib.

Sədr onu da əlavə edib ki, hazırda imtahanlara hazırlıq gedir. Məleykə Abbaszadə 5-ci qrupa sənəd verənlərlə bağlı da danışıb.

“İmtahana bir həftə vaxt qalıb. Nə imtahanlarda, nə də qəbul qaydalarında heç bir dəyişiklik yoxdur. 5-ci qrupa daxil olan ixtisaslar qabiliyyət tələb edən ixtisaslardır. Və bu ixtisasların müsabiqəsində iştirak edən abituriyenlər üçün buraxılış imtahanlarını vermək kifayətdir.

Əvvəlki illərin məzunları üçün buraxılış imtahanları səviyyəsində olan imtahanları verirlər və onlar ümumi müsabiqəyə qoşulurlar”, – deyə dövlət imtahan mərkəzinin direktorlar şurasının sədri jurnalistlərin suallarını cavablandırıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.