24saat.org Məmməd İbrahim barədə daha bir hökm çıxarıdı - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Məmməd İbrahim barədə daha bir hökm çıxarıdı

AXCP funksioneri daha 5 ay 20 gün həbsdə qalacaq

AXCP Rəyasət Heyətinin üzvü, üç ildən çoxdur həbsdə olan Məmməd İbrahim barədə yenidən hökm çıxarılıb. O, Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerlərində saxlanan şəxsin qadağan olunmuş əşyalar hazırlaması, gizlətməsi, istifadə etməsi) maddəsilə təqsirli bilinərək, 5 ay 20 gün azadlıqdan məhrum edilib. Hökm Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə keçirililən prosesdə elan edilib.

Məmməd İbrahimin yatağındakı döşəkdən kəsici alət tapılması iddiası əsasında bu cinayət işi onun əvvəlki üç illik cəzasını başa vurub həbsdən çıxmasına iki gün qalmış başlanmışdı. Hakim həmin iki günü də əlavə edərək, M.İbrahimə qəti olaraq, 5 ay 22 günlük cəza təyin edib. Bu cəzanın çəkilmə müddəti 28 sentyabrdan hesablanacaq.

Prokuror ona 6 ay iki gün azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Məmməd İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunub. Ona  Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə ittiham verilib. Məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

2018-ci il sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Yasamal Rayon Məhkəməsinin qərarıyla haqqında iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.

O, ittihamı qəbul etmir və bıçağın yatağına müəssisənin əməkdaşları tərəfindən atıldığını, məqsədin isə onun həbs müddətini uzatmaq olduğunu bildirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.