AZ24SAAT.ORG

Now Reading:
“Mənim səslərimi oğrulara yazıblar” – Hafiz Hacıyev mitinqə hazırlaşır

“Onların arxasında duran qüvvələrin əksəriyyəti dövlət başçısına xəyanət etmiş insanlardır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 11 aprel prezident seçkilərinin nəticələrinə münasibət bildirən keçmiş namizəd Hafiz Hacıyev deyib.

Hafiz Hacıyev rəhbəri olduğu Müasir Müsavat Partiyasının (MMP) prezident seçkilərinin açıqlanan nəticələrinə etiraz olaraq, kütləvi aksiyalara hazırlaşdığını bildirib:

“Biz açıqlanmış bu nəticələrlə razılaşa bilmərik. Mənim topladığım səsləri götürüb 2-ci və 3-cü yerləri verdikləri oğrulara yazıblar. O adamların bu ölkə qarşısında hansı xidmətləri olub? Xarici kəşfiyyata məlumat ötürənləri aparıb 2-ci, 3-cü yerə çıxarıblar.

Özləri də bilirlər ki, onlar xalq arasında heç bir nüfuzu olmayan insanlardır. Onlar necə 2-ci, 3-cü yerləri tuta bilərlər? Bu, mənə qarşı növbəti ədalətsizlikdir. Hər dəfə mənim səslərimi aparıb iki deputata yazırlar. Hansı ki, heç öz uşaqları da onlara səs verməyiblər.

Hər şeyin bir həddi-hüdudu var. Saxta deputat mandatı onlarda, 2-ci, 3-cü yer onlarda… Belə şey olmaz axı. O şəxslərin özləri mənə deyirdilər ki, sən olan yerdə bizim nüfuzumuz yoxdur. Yaxşı, nə oldu bəs? Niyə mənim səslərimi o oğrulara yazırlar? Bu, nə tərəfkeşlikdir, nə üzgörənlikdir?

Onlara saxta deputat mandatı verirlər, buna dinmirik, müəyyən qruplara qoşulub ölkənin sərvətini dağıdırlar, buna da dillənmirik… Ancaq belə ədalətsizlik olmaz!

Biz öz sözümüzü deyərək, haqqımızı tələb edəcəyik. İndi protokollar üzrə rəsmi nəticələrin açıqlanmasını gözləyirik. Bundan sonra atacağımız addımlara baxacağıq. Partiyamız bu ədalətsizliyə, bu rəzalətə dözə bilməz. Üzvlərimiz mitinqlərə hazırlaşırlar, biz qəti sözümüzü deyəcəyik.

İki oğrunu salıblar ortaya, sağdan-soldan dəstəkləyirlər. Onların arxasında duran qüvvələrin əkdəriyyəti dövlət başçısına xəyanət etmiş insanlardır. Yenə deyirəm, biz bu rəzalətə dözməyəcəyik”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün gecə saatlarında açıqladığı nəticələr belədir:

İlham Əliyev – 86%
Zahid Oruc – 3,11 %
Qüdrət Həsənquliyev – 3,04 %
Sərdar Cəlaloğlu – 3,02 %
Araz Əlizadə – 1,39 %
Hafiz Hacıyev – 1,51%
Fərəc Quliyev – 1,18 %
Razi Nurullayev – 0,75%

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.