Xəbərlər

Mənzillər bahalaşıb

2021-ci ilin birinci rübündə Azərbaycanda mənzil bazarında qiymət indeksi əvvəlki rüblə (2020-ci ilin IV rübü) müqayisədə təqribən 2 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) bildirib.

Rəsmi hesablamalara görə, bu ilin yanvar-mart ayları ərzində ilkin bazarda mənzillər 1.2 faiz, təkrar bazarda isə 2 faiz bahalaşıb.

Ekspertlərə görə, Azərbaycanda mənzil qiymətləri indeksinin artması iki səbəblə bağlıdır. Onların fikrincə, həm ilkin mənzil fondu üçün boş torpaq sahələri azalıb, həm də tikinti materiallarının qiymətində artım baş verib.

24 saat” “Mənzillər bahalaşıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button