Now Reading:
“Məqsəd AXCP-ni seçkilərdən kənar saxlamaqdır”

“Məqsəd AXCP-ni seçkilərdən kənar saxlamaqdır”

 

AXCP-nin Ədliyyə Nazirliyinə qarşı iddiası təmin olunmadı

Bu gün Bakı Apellyasiya məhkəməsində Elşanə Vəliyevanın sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının  Ədliyyə Nazirliyinə qarşı iddiası ilə bağlı məhkəmə prosesi davam etdirilib.

2015-ci ildə AXCP-nin növbəti qurultayından sonra sədrin və Ali məclis üzvlərinin seçilməsi faktının qeydə alınmasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi aidiyyatı üzrə işə Apellyasiya məhkəməsində baxılması barədə qərar vermişdi.  1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin qərarını  Ali Məhkəmə də qüvvədə saxladıqdan sonra  Bakı Apellyasiya Məhkəməsinə müraciət olunub.

Apellyasiya məhkəməsində AXCP-ni nümayəndə kimi təmsil edən Səməd Rəhimov Ədliyyə Nazirliyinin məlum qərarının əsassız olduğunu bildirib. Həmin qərarın  Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşmək və seçki hüquqlarının pozulmasına yönəlmiş bir addım  olmasını məhkəmə kollegiyasının nəzərinə çatdırıb.

Məhkəmə müşavirədən qayıdaraq iddianın təmin olunmaması barədə qərar verib. Qanunvericiliyə görə qərarı rəsmi qaydada aldıqdan sonra 3 gün ərzində kasasiya şikayəti verilə bilər. Vəkillər Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib. Səməd Rəhimov Ali Məhkəmənin qərarından sonra partiya rəsmiləri ilə məsləhətləşmədən sonra Avropa İnsan Haqları məhkəməsinə müraciət olunaçağını da qeyd edib.

Məhkəmədən sonra vəkil Səməd Rəhimov azadliq.info saytına açıqlama verib. Hüquqşünasın mövqeyini dinləyicilərimizə təqdim edirik.

[youtube www.youtube.com/watch?v=NluNqN-BcgM?feature=oembed&w=500&h=281%5D

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.