Loading...
Loading...
Xəbərlər

“Məqsəd zibil kimi göstərilmiş pambığı ört-basdır etməkdir”

Biləsuvar sakini: “Buna görə həmin fermerlərdən çoxu 2021-ci ildə “Azərpambıq”dan imtina edib, başqa şirkətlərlə müqavilə bağladılar”

Biləsuvar sakini Azad Məmmədov 2003-cü ildən “Azərpambıq” şirkətinin rayondakı pambıq zavodunda ərazi nümayəndəsi işləyib. 2020-ci ildə işdən çıxarılan rayon sakini düşünür ki, o, qərəzin qurbanı olub.

“Məhsulun qəbulunda ayrı-seçkiliyə yol verilir”

Azad Məmmədovun fikrincə, yeni rəhbərlik nəzarətində olan fermerlərdə pambığın nəmliyi, zibilin miqdarı və s. qərəzli şəkildə çox hesablayıb. Bu cür ayrı-seçkilik nəticəsində onun məhsuldarlığı aşağı qiymətləndirilib. Belə yanaşma da sonda onun işini itirməsilə nəticələnib.

O, “Azərpambıq”da baş verənlərlə bağlı şirkətin daxil olduğu “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sədri, deputat Kamran Nəbizadəyə məktub yazıb. Ərizəsində vurğulayıb ki, zavod rəhbərliyinin özünə yaxın şəxslərin becərdiyi məhsulun qəbulu zamanı ayrı-seçkiliyə yol verir: “Məqsəd çox aşağı faizlə zibil kimi göstərilmiş pambığı ört-basdır etməkdir. Amma mənim nümayəndəliyimdə olan fermerlərdən yüksək faizlə zibil tutulurdu. Buna görə həmin fermerlərdən çoxu 2021-ci ildə “Azərpambıq”dan imtina edib, başqa şirkətlərlə müqavilə bağladılar”.


24 saat” ““Məqsəd zibil kimi göstərilmiş pambığı ört-basdır etməkdir”” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button