24 saat en son xeberler - Xeberler platformasi

Manşet

“Mərd olun, kişi olun…“ – Bəhruz Həsənovdan sərt açıqlama

Bəhruz Həsənovdan sərt açıqlama: “Mərd olun, kişi olun…“

“Elnur Aslanovun və digərinin himayəsində olan bir sıra saytlar kölgəmi qılınclamaqla məşğuldurlar. Olsun, bəzən xoşuma da gəlir, qoy dolansınlar. İntəhası, cavab vermədikcə elə düşünə bilərlər ki, onlardan qorxub-çəkinən var”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin keçmiş əməkdaşı Bəhruz Həsənov çıxış edib.

B.Həsənov onun əleyhinə kampaniya aparanları sərt tənqid edib:

“”Abi”lər mərd olun, kişi olun, sözünüz, prinsipiniz varsa istənilən platformada qarşıma çıxın. Ortaya çıxmayan da, geri çəkilən də şərəfsizdir. Yoxsa, buyruq qullarınızın əlinə gülünc iddialar verib üstümə göndərməyin.

Gəlin, açıqlayaq kim hansı bulağın gözündən su içir, kimlər yoxluğumuzu fürsət bilib “Sızıntı”ya başlayıblar, kimlər ailə üzvləri üçün yeni “ailə” arayışına çıxıb.

Siz böhtan və iftira ata bilərsiniz, mən isə qaya kimi gerçək faktlardan çıxış edərəm. Mövcud və məchul karyeranızı bitirənə qədər də dayanmaram!

Dinmiriksə ədəbimizdən və məsuliyyətimizdəndir…”

“24 saat”

“Mərd olun, kişi olun…“ – Bəhruz Həsənovdan sərt açıqlama

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button