24saat.org Mərkəzi Bank illik inflyasiya faizini açıqladı - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Mərkəzi Bank illik inflyasiya faizini açıqladı
Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi dəyişmədi

Mərkəzi Bank İdarə Heyəti uçot dərəcəsinin və faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması barədə qərar verib. Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, uçot dərəcəsi 9,75 faiz, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% səviyyəsində qalacaq.

Sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 2018-ci il oktyabrın 30-da dəyişib. Həmin gün uçot dərəcəsi 10 faizdən 9,75 faizə endirilib. Mərkəzi Bankdan bildirilib ki, uçot dərəcəsi və faiz dəhlizi parametrləri ilə bağlı növbəti qərar 2019-cu il fevralın 1-də veriləcək.

İnflyasiya gözləntiləri ilə bağlı Mərkəzi Bank hesab edir ki, 2018-ci ilin sonuna inflyasiyanın 2.3 faiz ətrafında qərarlaşacağı gözlənilir.

Bundan başqa Mərkəzi Bank 2018-ci ilin yekunu üzrə tədiyə balansının əhəmiyyətli profisitli olacağı və ölkənin strateji valyuta ehtiyatlarının artımının gözlənildiyini bildirib.

İnflyasiya riskləri barədə Mərkəzi Bankda hesab edirlər ki, başlıca sabitləşdirici amil kimi dayanıqlı makroiqtisadi çərçivə fundamental rol oynayır.

“Lakin bu balans dinamik xarakter daşıyır və bir sıra xarici və daxili proseslər inflyasiyanın artırıcı risk amillərini aktivləşdirə bilər. Xarici amillərə dünya neft bazarında qiymətlə bağlı qeyri-müəyyənliklər, ticarət tərəfdaşlarının maliyyə bazarlarında məzənnə dəyişkənliyi və bu ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir”.

24saat.org

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.