Loading...
Loading...
İqtisadiyyat

Mərkəzi Bankın iş qrafiki uzadılıb

Bakı şəhərində “Formula-1” Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçün Azərbaycan Mərkəzi Bankının (AMB) iş qrafiki uzadılıb.

AMB-dən Trend-ə verilən məlumata görə, həmçinin qeyri-iş günləri daxil olmaqla, Mərkəzi Bank tərəfindən banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Eyni zamanda xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşürlər Bakı şəhərinin hotellərində yerləşdirilib.

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var
Back to top button