2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Mərkəzi Bankın mümkün yeni sədri – Taleh Kazımov kimdir?

Bu gün Milli Məclisdə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib, Taleh Kazımov yeni üzv seçilib.

Elman Rüstəmovun üzvlükdən azad edilməsi ilə bağlı təqdimatı ölkə Prezidenti verib və Milli Məclis buna “müsbət” rəy verib.

38 yaşlı Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilənə qədər “Paşabank”ın baş icraçı direktoru və İdarə heyətinin sədri postunu tutub.

Saytların yığılması Saytlarin yigilmasi

Onun Mərkəzi Bankın sədri postunda Elman Rüstəmovu əvəzləyəcəyi gözlənir.

Taleh Kazımov 2015-ci ildən bəri “Paşabank”ın Baş İcraçı direktoru və İdarə heyətinin sədridir.

O, 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatlaşma və Kompüter mühəndisliyi” fakültəsində ali təhsil alıb.

Taleh Kazımov Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi, ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr oxuyub.

Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, eləcə də Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında təqdimatlar Prezident İlham Əliyev tərəfindən göndərilib.

Milli Məclis komitəsi hər iki təqdimat barədə müsbət qərar verib.

69 yaşlı Elman Rüstəmov 27 ildir ki, Mərkəzi Bankın sədri və İdarə Heyətinin üzvü idi.

Onun rəhbərliyinin son illərində, 2015-ci ildə manat iki dəfə devalvasiya olaraq dollara qarşı kəskin ucuzlaşıb.

24 saat” “Mərkəzi Bankın mümkün yeni sədri – Taleh Kazımov kimdir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button