Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Mərkəzi banklar yüksək inflyasiyanı necə cilovlasın

Dünya üzrə mərkəzi bank sədrləri onillərlə üzləşmədikləri iqtisadi çətinliklər içindədirlər. Onların yeni iqtisadi erada yüksək inflyasiyanı cilovlaması daha da çətinləşəcək.

“The Financial Times” qəzeti yüksək rütbəli rəsmilərin, monetar siyasətçilərin belə bir xəbərdarlıqla çıxış etdiyini yazır.

Ötən həftəsonu ABŞ-ın Federal Ehtiyatlar Sistemi, Avropa Mərkəzi Bankı (ECB) və digər mərkəzi banklar Vayominq ştatındakı Cekson Houlda bir araya gəliblər. İllik toplantıda çıxış edənlər qlobal iqtisadiyyatın yeni, daha sərt dövrə qədəm qoyduğunu deyiblər.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktorunun müavini Gita Gopinas qəzetə deyib ki, azı növbəti beş il ərzində monetar siyasət pandemiya qədərki 20 ildəkindən daha çətin olacaq. O, təchizat zəncirindəki şokların daha təlatümlü olduğunu qeyd edib.

Covid-19 lokdaunlarının təchizat zəncirində yaratdığı qiymət artımı azmış kimi Rusiyanın Ukraynaya tammiqyaslı hücumu da sözünü deyib.

Covid-19 lokdaunlarının təchizat zəncirində yaratdığı qiymət artımı azmış kimi Rusiyanın Ukraynaya tammiqyaslı hücumu da sözünü deyib.

Nəticədə mərkəzi banklar inflyasiyanın qlobal iqtisadiyyatda daha dərinə nüfuz etməməsindən ötrü monetar siyasəti sərtləşdirb.

Ancaq Dünya Bankının prezidenti Deyvid Malpass xəbərdarlıq edib ki, özəlliklə inkişaf etmiş iqtisadiyyatlarda mərkəzi bankların alətləri təchizata bağlı inflyasiya təzyiqlərinin həllinə yaxşı uyğunlaşmayıb. Onun sözlərinə görə, faiz dərəcələrinin qaldırılması iqtisadiyyat daxilindəki əngəllərlə rəqabət aparmalı olur.

“İnflyasiyanı azaltmaq üçün artırılan uçot dərəcələrinin qarşısını təchizat zənciri və istehsal siklindəki problemlər kəsir”, – o deyib.

Qəzet yazır ki, Fed və ECB-nin aparıcı fiqurları qiymət sabitliyini bərpa etmək üçün “qeyd-şərtsiz” vədlər veriblər. Fed sədri Cey Pauel xəbərdarlıq edib ki, nəticədə “davamlı” ləng artım dövrü və əmək bazarının zəifləməsi gözlənir.

Malpass qlobal maliyyə şərtlərinin inkişaf etməkdə olan ölkələri daha zəif duruma saldığını vurğulayıb.

Koreya Bankının başçısı Çanqyonq Rii isə mərkəzi bank rəhbərlərinin üzləşdiyi problemin nəhəngliyini belə ümumiləşdirib ki, dünyanın aşağı inflyasiyalı mühitə qayıtması “milyard dollarlıq sual”dır.

Qəzet konfransda inkişaf etmiş iqtisadiyyatların onillərlə əməl etdiyi 2 faizlik inflyasiya hədəfinin gündəm olduğunu yazır. İqtisadçılar bu hədəfin parçalanmış qlobal iqtisadiyyata adaptasita edilməli olduğunu deyiblər, bir çoxları 3 faizlik inflyasiya hədəfindən danışıblar.

Fed-in keçmiş əməkdaşı, hazırda Brukinq İnstitutunda çalışan Stefani Aaronson deyib ki, yeni hədəf mərkəzi bankların böhranlar vaxtı iqtisadiyyatı daha çevik dəstəkləməsinə kömək edər.

24 saatMərkəzi banklar yüksək inflyasiyanı necə cilovlasın” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Yay bitir, tərəvəzlər bahalaşır – VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button