2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Məşhur jurnalist: 'GTA VI-nın anonsu yaxın zamanda baş verə bilər'

    Rockstar Games-in oyunları ilə bağlı məlumat sızıntılarını verən məşhur fransız jurnalist Chris Klippel-in vediyi məlumata əsasən Rockstar Games yaxın zamanda yeni oyununun anonsunu edəcək. Jurnalist anonsun nə zaman baş tutacağı üzrə dəqiq bir tarixə sahib deyil. Lakin o qeyd edib ki, bu, yaxın zamanda baş verə bilər. Sözügedən jurnalist son aylar ərzində GTA VI, orijinal Red Dead Redemption-un remake versiyası və Red Dead Redemption 2-nin remaster versiyası barəsində danışıb. Öz abunəçiləri ilə ünsiyyət zamanı jurnalist qeyd edib ki, GTA VI Rockstar Games tərəfindən hazırlanan yeganə oyun deyil. Lakin Rockstar-ın pərəstişkarları yaxın gələcəkdə məhz GTA VI-nı görmək ümidindədirlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, hələ fevral ayında Rockstar Games GTA VI üzərində çalışdığını rəsmi şəkildə təsdiqləmişdi. Aprel ayında Klippel qeyd etmişdi ki, GTA VI Rockstar Games-in RAGE9 kod adına sahib yeni oyun mühərriki əsasında hazırlanır. Həmin vaxtda o bildirmişdi ki, onun oyunu görmüş mənbələri oyunun qrafikini çox tərifləyirlər. “Söhbət, öz zamanını qabaqlamış oyun mühərrikindən gedir” – deyə Klippel qeyd etmişdi. Əvvəlki məlumat sızıntılarına əsasən GTA VI bir qədər daha kiçik xəritəyə sahib olacaq və oyun satışa çıxandan sonra onun xəritəsi müxtəlif yenilənmələr vasitəsilə böyüdüləcək. Bundan əlavə olaraq GTA V-də olduğu kimi GTA VI-da da bir neçə əsas personajın olacağı və onlardan birinin qadın olacağı barəsində məlumatlar verilmişdi.

24 saat” “Məşhur jurnalist: 'GTA VI-nın anonsu yaxın zamanda baş verə bilər'” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button