2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Məşhur jurnalist: 'iPhone 14 Pro və iPhone 14 Pro Max-da Always on Display funksiyası reallaşdırılacaq'

    Bloomberg saytının məşhur jurnalistli Mark Gurman-ın verdiyi məlumata əsasən bu il təqdim ediləcək iPhone 14 smartfonlarından iPhone 14 Pro modelləri daimi aktiv ekran funksiyasını əldə edəcəklər. Söhbət, Always on Display funksiyasından gedir. Beləliklə sözügedən funksiya sayəsində saat və digər faydalı məlumatlar iPhone 14 Pro modellərinin ekranlarında smartfonların hətta bloklanmış vəziyyətdə olduqları zaman da əks olunacaqlar. Bununla yanaşı məlumatda qeyd edilib ki, iPhone 14 Pro modelləri yeni növ ekran ilə təchiz olunacaqlar. Gurman-ın sözlərinə əsasən Always on Display funksiyası hələ keçən il iPhone 13 smartfonlarına inteqrasiya edilməli idi. Lakin nəticədə bu, baş vermədi.

Saytların yığılması Saytlarin yigilmasi

    Onun mənbələrinin verdikləri məlumata əsasən iPhone 14 Pro smartfonlarında bu vəziyyət dəyişəcək. iPhone 14 Pro modellərinin yeni növ ekran ilə təchiz olunacaqları məsələsinə gəldikdə isə Gurman qeyd edib ki, söhbət, LTPO (aşağı temperaturlu polikristal oksid) texnologiyası əsasında hazırlanmış ekrandan gedir. Qeyd etmək lazımdır ki, Samsung hələ 2020-ci ildə sözügedən texnologiya əsasında smartfon ekranı hazırladığı barəsində məlumat vermişdi. Bu texnologiyanın əsas üstünlüyü dəyişkən ekran təsviri yenilənməsinin dəstəyidir. Belə ki, ekran təsviri yenilənməsinin göstəricisi aşağı düşdüyü zaman cihazın enerji sərfiyyatını aşağı salmaq olar. Buna misal olaraq Apple Watch 5 smart saatını misal gətirmək olar. Belə ki, Always on Display funksiyası məhz ona inteqrasiya edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button