Loading...
Loading...
Şou

Məşhur uşaq mahnımız Rusiyanın verilişində əcnəbi dildə – VİDEO

Rusiyanın tanınmış gənc rəssamı Pyotr Lovyginin səyahətlər üzərində qurulan verilişinin növbəti “dayanacağı” Pakistan olub.

Pyotr Lovyginin verilişinin Pakistandan bəhs edən buraxılışında diqqətimizi bir məqam xüsusi ilə çəkib. Belə ki, kadrların bir-birini sürətlə əvəzlədiyi görüntülər fonunda Azərbaycanın ən məşhur uşaq mahnısı olan “Cücələrim” səslənib. Qəribəsi isə orasındadır ki, “Cücələrim” dari dilində səsləndirilib.

Qeyd edək ki, sözügedən olayın şahidi olmaq üçün videonu 05:48-ci saniyəsindən izləyə bilərsiniz.

Rəssam dünyanın iqtisadi durumu “acınacaqlı” olan 90-dan çox ölkəsini gəzərək, həmin ölkələrdə insanların yaşayış səviyyəsini işıqlandırıb.

Rəssamın səyahət planına daxil edilən ölkələr sırasında Qvineya, Banqladeş, Seneqal, Efiopiya, Filippin, Honduras və başqaları var.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button