Now Reading:
“Mətbuat Şurası ictimai təşkilat olduğu üçün bəzən müvafiq addımlar ata bilmir”

Əflatun Amaşov “reket jurnalistika” ilə mübarizə üçün MŞ-nın səlaiyyətlərinin artırılmasını təklif edib

Milli Məclisin iclasında çıxış edən deputat Əflatun Amaşov Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edib. Bizimyol.info saytının xəbərinə görə, o bildirib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var. MŞ sədri bunu onunla izah edib ki, MŞ ictimai təşkilat olduğu üçün bəzən müvafiq addımlar ata bilmir. “Bu gün internet azadlığından istifadə edən bir sıra şəxslər mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açıb. Onların məqsədui ayrı-ayrı şəxsləri şantaj etməklə pul qazanmaqdır. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Cəmiyyətin bütün sferaları, elə medianın özü də “reket jurnalistika”nın qarşısının alınmasında maraqlı olmalıdır. Ona görə də qeyd etdiyim dəyişikliyə ehtiyac var” – Ə.Amaşov deyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.