2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Məcbur köçkünlərlə bağlı daha bir bəd xəbər

Mənzili olan köçkünlər dövlət tərəfindən mənzil almayacaq

 

Hazırda minlərlə məcburi köçkün müxtəlif təyinatlı obyektlərdə – təhsil müəssisələrinin ərazisində, keçmiş pioner lagerlərdə, yataqxanalarda və s. qalır ki, bu qəbildən olan köçkünlərin yaxın gələcəkdə yeni salınan qaçqın şəhərciklərində mənzillə təmin edilməsi məsələsi gündəmdədir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-un əldə etdiyi məlumata görə, son bir ildə məcburi köçkünlərin bir çox imtiyazına xitam verən hökumət, onların mənzillə təminatında da yeniliyə imza atacaq. Belə ki, əvvəlki illərdən fərqli olaraq, əmlakında mənzil və ya torpaq sahəsi olan məcburi köçkünlər dövlət tərəfindən veriləcək evdən məhrum ediləcək.

Bilgili qaynağın sözlərinə görə, artıq bununla bağlı məcburi köçkünlər arasında ciddi narahatlıq müşahidə edilir. Belə ki, cəmiyyətə sızan bu informasiyanın ardınca bəzi  məcburi köşkünlər “nə olar, nə olmaz” prinsipini əsas götürərək adlarındakı torpaq və evləri “yerli” vətəndaşların adına keçirməkdədir. Lakin mənbə hesab edir ki, bu addım çıxış yolu sayılmaya bilər. Belə ki, mənzillə təmin ediləcək məcburi köçkünlərlə bağlı Dövlət Əmlak Komitəsinə sorğu göndəriləcək ki, bu sorğuda həmin şəxslərin həm mövcud, həm də əvvəlki əmlak vəziyyətləri ilə bağlı bütün informasiya müfəssəl şəkildə əks olunacaq. Hansı ki, həmin informasiyada istənilən məcburi köçkünün hansı tarixdə hansı əmlaka malik olduğu, bunu nə zaman başqasına satdığı və ya bağışladığı öz əksini tapacaq.

Bu baxımdan Azərbaycan reallığında hökumətin bu qərarı zaman baxımından bir qədər geriyə şamil etməsi mümkündür ki, bu da xeyli sayda məcburi köçkünün dövlət tərəfindən verilməsi gözlənilən mənzildən məhrum olması deməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button