2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Məcburi həqiqi hərbi xidmətin ləğvi müzakirə mövzusu ola bilməz”

Aqil Abbas: “Torpaqlarımızın işğal altında olduğunu unutmamalıyıq”

 

Saytların yığılması Saytlarin yigilmasi

Məlum olduğu kimi, Gürcüstanda həqiqi hərbi xidmətə məcburi çağırış ləğv edilib. Bundan sonra gürcü ordusunda yalnız könüllülər xidmət edəcək. Maraqlıdır, Azəbaycanda da həqiqi hərbi xidmətə məcburi çağırış ləğb edilə bilərmi?

Bununla bağlı 24saat.org-a açıqlama verən millət vəkili Aqil Abbas indiki məqamda belə bir dəyişikliyə lüzum görmədiyini vurğuladı:

“Məcburi həqiqi hərbi xidmətin ləğvi indiki məqamda müzakirə mövzusu ola bilməz. Biz torpaqlarımızın işğal altında olduğunu unutmamlıyıq. Azərbaycanda həqiqi hərbi xidmətin müddəti il yarımdır. Ali təhsilli şəxslərlə bağlı isə bu müddət bir ildir. Hər bir Azərbaycan vətəndaşının borcu öz hərbi xidmət borcunu layiqincə ödəməkdir. İndiki məqamda həqiqi hərbi xidmətə məcburi çağırışdan imtina etmək olmaz. Aprel döyüşlərinə bənzər qarşıdurma hər an baş verə bilər. İndiki məqamda məcburi hərbi xidmətə çağırışın ləğvi Azərbaycanın maraqlarına uyğun deyil”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button