2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məcburi köçkünlər adlarında olan mənzilləri başqasının adına keçirir – Səbəbi…

Son günlər məcburi köçkünlərə tətbiq edilən yeniliklər gündəmi zəbt edən əsas mövzulardan biri olaraq qalır. Əsas diqqət mərkəzində olan məsələlərdən biri isə məcburi köçkünlərə verilən aylıq müavinətlərin köçkünlərin bir qisminə şamil edilməməsidir.

Qeyd edək ki, artıq 300-ə yaxın məcburi köçkün öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina ediblər. Amma məcburi köçkünlər arasında bu müavinətdən ehtiyacı olduğu halda belə yararlanmaq imkanından məhrum olanları da var. Bunlar əsasən adına mülkiyyət hüququndan çıxarış (“kupça”) olan məcburi köçkünlərdir.

Məlumat üçün deyək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi məcburi köçkün və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinətin ödənilməsi qaydasına görə, bəzi məcburi köçkünlər müavinətdən yararlanmaq hüquqlarını itirmiş sayılırlar. Bu qaydaya görə, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə də müavinət şamil oluna bilməz. Amma məcburi köçkünlərin bəziləri NK-nın müavinətlərin verilməsi ilə bağlı təsdiq etdiyi qərarın onlara əsassız olaraq şamil olunduğunu iddia edirlər. Məcburi köçkünlərin bəziləri adlarında olan “kupçalı” yaşayış sahələrinin onların özlərinə yox, yaxınlarına məxsus olduğunu söyləyirlər. Maraqlıdır, məcburi köçkünün adına qeydiyyatda olan “kupçalı” yaşayış sahəsinin onun hansısa yaxınlarından birinə məxsus olduğu təsdiqlənərsə, onun aylıq müavinəti bərpa oluna bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

Movqe.az bu kimi sualların son günlər məcburi köçkünləri maraqlandıran əsas məsələlərdən biri olduğunu nəzərə alaraq, müavinətlərin hansı məcburi köçkünlərə şamil olunması ilə bağlı qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışıb.

Suallarımızı isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Vüqar Qarayev cavablandırıb. V. Qarayev bildirib ki, müvafiq fərman veriləndən və qaydalar təsdiqlənəndən sonra xeyli sayda məcburi köçkün öz adına olan «kupçalı» yaşayış sahəsinin başqasının adına keçirməyə başlayıb: “Bu proses yanvar ayının 24-dən davam edir. Rayon İcra Hakimiyyətlərindən bizə verilən məlumata görə, məcburi köçkünlərin öz adlarına olan «kupçalı» yaşayış sahəsinin başqasının adına keçirilməsi prosesi son günlər daha da sürətlənib. Komitəyə də müavinətlərin kimlərə şamil olunması ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Öncə qeyd edim ki, müavinətlərin kimlərə şamil olunması ilə bağlı siyahı bizim Komitədə hazırlanmır. Bu siyahını rayon icra hakimiyyətləri hazırlayaraq bizə göndərir. Yəni, aylıq müavinətin hansı məcburi köçkünə şamil olunub, hansına şamil olunmamasını Komitə müəyyən etmir. Dövlətqaçqınkom daxil olan siyahı əsasında işləyir”.

V.Qarayev bildirir ki, maddi imkanı öz ailələrini dolandırmağa imkan verdiyini əsas gətirərək aylıq müavinətdən imtina edən məcburi köçkünlərlə yanaşı, adına olan “kupçalı” yaşayış sahəsini başqasının adına keçirənlər də az deyil: “Bəzi məcburi köçkünlər, əvvəllər yemək xərci müavinəti almaq üçün süni boşanma həyata keçirərək adlarını siyahıya saldırırdılar. Mən çox təəssüf edirəm ki, indi də anoloji vəziyyət adlarına “kupça” olan məcburi köçkünlərin həmin mülkləri başqasının adına keçirilməsi ilə davam edir. Yəni, bu gün də təxminən buna bənzər hadisələrin şahidi oluruq. Mən qeyd edim ki, bu məsələ diqqətdə saxlanılır. Rayon İcra Hakimiyyətlərinin icra nümayəndəliklərinin rəhbərləri hansı məcburi köçkünlərin adına olan “kupçalı” mülklərin onların özlərinə, yaxud qohumlarına aid olduğunu yaxşı bilirlər. Bu məsələdə aidiyyatı qurumları aldatdıqlarını düşünənlər yalnış hərəkət edirlər. Onların bu fırıldağı üzə çıxacaq”.

Həmsöhbətimiz deyir ki, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə müavinət şamil oluna bilməz: “Amma əgər məcburi köçkünün adına olan yaşayış sahəsinin onun qohumuna aid olduğu icra nümayəndəsi tərəfindən təsdiqlənərsə, qanunvericilkdə nəzərdə tutulmuş qaydada bu məsələyə baxıla bilər. Bu işlər də Dövlətqaçqınkomda yox, rayon icra hakimiyyətlərində aparılır”.

Amma şöbə müdiri öz “kupçalı” mənzilini sataraq, yaxud da başqasının adına keçirərək müavinətdən yararlanmağa cəhd edənlərin vahid aylıq müavinətin bərpa edilməsinin bir qədər çətin olacağını söylədi: “Sabah hansısa məcburi köçkün ehtiyac üzündən mənzilini satdığını əsas gətirərək bizdən müavinətinin bərpa edilməsini istəsə, buna qanunvericilikdə nəzərədə tutulan qaydada Rayon İcra hakimiyyətlərində baxacaq. Vahid aylıq müavinətin verilməsi üçün adların siyahıya salınması və çıxarılması məsələsinə Dövlətqaçqınkom baxmır. Siyahılar Rayon İcra hakimiyyətlərində hazırlanır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button