2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

“Məcburi köçkünlər həmişə hakimiyyət üçün korrupsiya aləti olub”

Sərdar Cəlaloğlu: “Onların adına büdcədən çıxarılan pullar “yoxa çıxıb”

 

Məcburi köçkünlərin bəzi imtiyazlarının ləğv edilməsi və bunun ardınca respublikanın bir sıra rayonlarında baş verən etirazlar siyasilər tərəfindən fərqli aspektlərdən şərh edilməkdədir. Siyasilərin bəzisi hesab edir ki, əslində hakimiyyət məcburi köçkünlərin imtiyazlarını ləğv etmək və onları ağır kommunal xərclər altında əzməklə özünü iqtidarın bu böyük və ənənəvi elektoratından məhrum etdi.

Saytların yığılması Saytlarin yigilmasi

 


Doğrudanmı baş verənləri hakimiyyətin öz əsas, milyonluq elektoratından məhrum etməsi kimi dəyərləndirmək olar?
24saat.org-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu məcburi köçkünlərin heç vaxt hakimiyyətin elektoratı olmadığını vurğuladı:
“Məcburi köçkünlər heç vaxt iqtidarın elektoratı omayıb. Bunu yalnız qarnını güdən insanlar haqqında demək olar. Məcburi köçkünün dədəsinin, babasının qəbri erməni işğalı altında qalıbsa, evi-eşiyi ermənilər tərəfindən viran qoyulubsa və bu hökumət də 20 ildən artıqdır ki, bu problemin həllində bir addım belə olsun irəliləməyibsə, o zaman məcburi köçkün bu hakimiyyətin elektoratı necə ola bilər? Korrupsiya həyata keçirmək baxımından məcburi köçkünlər hakimiyyət üçün bir alət olub. Məcburi köçkünlər elektorat yox, alət olublar. Bu günə qədərə məcburi köçkünlərə yardım adı ilə dövlət büdcəsindən böyük miqdarda pullar çıxarılıb və həmin pullar “yoxa çıxıb”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button