2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məcburi köçkünlər məhkəməyə üz tuturlar

Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclasında büdcədən maliyyələşən məcburi köçkünlərə orta aylıq əmək haqlarının ödənilməsinin dayandırılması məsələsi, bu məsələ ilə bağlı görülən işlər müzakirə olunub. Təəssüflə qeyd olunub ki, dövlət orqanlarına, o cümlədən Milli Məclisə və digər qurumlara edilən müraciətlər hələlik heç bir nəticə verməyib. Dövlətin öz vətəndaşlarına bu cür münasibəti yolverilməzdir.

İclasda Azərbaycan məhkəmələrinə, sonra isə Avropa İnsan Haqları Məhkəməsinə, bəzi beynəlxalq qurumlara, hətta müyyən dövlətlərə müraciət etməklə bağlı qərar qəbul olunub. Müdafiə Komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib: “Dövlət öz vətəndaşlarına sahib çıxmalı, xüsusilə də Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin salınmış, iş yerlərini itirmiş insanlara qarşı həssas olmalıdır.

Bu məcburi köçkünlər artıq bir ilə yaxındır ki, öz haqlarını müdafiə etməyə çalışırlar, indi elə vəziyyətə çatıblar ki, əl açıb dilənmək məcburiyyətindədirlər. Dövlət nə üçün onların taleyinə bu qədər biganədir? Onlar nə üçün öz problemlərini beynəlxalq təşkilatlara, hansısa xarici dövlətin başçılarına daşımalıdırlar? Onların problemini həll etmək dövlətimizin borcudur”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button