2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mədəniyyət nazirinin sabiq müavini 10 il müddətinə həbs edilə bilər

Bakı/27.07.21 İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun işi üzrə prosesdə prokuror onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onun vəkili yekun çıxışa hazırlıq üçün vaxt istəyib, bununla əlaqədar hakim növbəti iclası avqustun 10-na təyin edib.

Xatırladaq ki, mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması , İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatı zamanı saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bayramova və Sultanova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Sonradan Sultanov barəsində cinayət işi ayrıca icraata ayrılıb. -16D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button